Milli Məclisin yaz sessiyası üçün ilk plenar iclasının gündəliyi açıqlanıb
Milli Məclisin yaz sessiyası üzrə ilk plenar iclası fevralın 2-də keçiriləcək.
“turaninsesi.az” xəbər verir ki, iclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunu (II səsvermə)
2. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu (II səsvermə)
3. Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı
4. Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması haqqında
5. Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında
6. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında
7. “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi
8. Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi
9. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.
10. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi
11. Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
12. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
13. Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
14. “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
15. “Patent haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
16. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
Arzu Paşaqızı