Milli Məclisin və Ukrayna Ali Radasının parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşündə
Fevralın 28-də Milli Məclisin və Ukrayna Ali Radasının parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında görüş keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Ukrayna parlament nümayəndə heyətini Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirib. O, iki ölkə arasındakı dostluq münasibətləri, Azərbaycan və Ukrayna xalqlarını birləşdirən dəyərlər, parlament diplomatiyasının yaratdığı imkanlar, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, parlamentlərarası münasibətlərin genişləndirilməsində dostluq qruplarının rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti, regional təhlükəsizlik və digər məsələlər barədə fikirlərini bölüşüb.
Görüşdə Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Kreydenko ölkəmizə səfərindən məmnunluğunu bildirib.
O, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin perspektivləri barədə danışıb, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar və mənəvi dəstəyə görə təşəkkürünü bildirib.
Söhbət zamanı qonaq onun ölkəsi barədə deyilən xoş arzulara görə minnətdarlığını ifadə edib.
Görüşdə Milli Məclisin komitə sədri Tahir Mirkişili, deputat Cavanşir Feyziyev, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavid Osmanov və Naqif Həmzəyev iştirak ediblər.
⤵️
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI