Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

0

Oktyabrın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.
turaninsesi.az” xəbər verir ki, iclası açan komitə sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə iki məsələ – ikinci oxunuşda olan “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri daxil edilib.
Qanun layihələri ilə bağlı məlumat verən komitə sədri Sadiq Qurbanov vurğulayıb ki, sənədlərdə ekoloji təhlükəsizliyin artırılması, heyvanların mühafizəsi, ekosistemlərin qorunması və yaşıllıqların saxlanılması ilə bağlı müasir tələblər təsbit olunub. Qeyd olunub ki, bu sahədə müvafiq məsuliyyətlərin artırılması ekoloji mühitin mühafizəsinə və təbii ehtiyatların istifadəsinə müsbət təsir edəcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir