Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində

İyunun 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin videokonfrans formatında iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Komitənin sədri Sadiq Qurbanov gündəliyə 4 məsələnin – “Qaz təchizatı haqqında“ (ikinci oxunuş), “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “İstilik təchizatı haqqında ” (üçüncü oxunuş), ”Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihələrinin daxil olduğunu bildirib.
İlk növbədə, “Qaz təchizatı haqqında“ qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Məlumat verilib ki, bu qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək, həmçinin qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI