Milli Məclisin sədri Sahibə QafarovaZimbabve Milli Assambleyasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 18-də COP29 çərçivəsində Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Zimbabve Milli Assambleyasının sədri Yakob Mudenda ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Parlament Görüşündə iştirakına görə qonağa təşəkkür edən spiker Sahibə Qafarova xatırladıb ki, Zimbabve Prezidenti Emmerson Mnanqaqva da COP29-da iştirak edib. Onun sözlərinə görə, bu, Zimbabvenin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini göstərir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI