Milli Məclisin sədri Sahibə QafarovaQazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova mayın 15-də Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verdiyi diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova ötən il Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri çərçivəsində Milli Məclisə də gəldiyini və dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI