Milli Məclisin sədri Sahibə QafarovaÖzbəkistan Ali Məclisi Senatının sədriTənzilə Narbayeva ilə görüşüb

Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək məqsədilə Özbəkistan Respublikasının Xivə şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova forum çərçivəsində Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşdə bu forumun əhəmiyyəti yüksək qiymətləndirilərək, tədbirin parlamentlərimiz arasında səmərəli əməkdaşlıq mexanizminə çevriləcəyinə inam ifadə olunub. Qeyd olunub ki, Forum çərçivəsində aparılan müzakirələr və irəli sürülən təkliflər qanunverici orqanlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək.





⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI