Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 17 oktyabr 2023-cü il tarixli plenar iclasında çıxışı
Hörmətli deputatlar !
Deyirlər ki, xeyirlə şər qoşadır. Mən bu gün tariximizin kədər dolu bir gününü də Sizin yadınıza salmaq istəyirəm.
Bildiyiniz kimi, üç il öncə bu gün erməni silahlı birləşmələri Gəncə şəhərinin mərkəzini qadağan olunmuş silahlar, o cümlədən ballistik raketlər ilə atəşə tutmuşlar. 15 nəfər dinc sakin həyatını itirmiş, 79 mülki şəxs yaralanmışdır.
Biz həm Gəncə şəhərində, həm də Azərbaycanın digər yaşayış məntəqələrində erməni terroru nəticəsində həlak olmuş dinc sakinlərin yaxınlarına səbir diləyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI