Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Kambocada səfərdə olacaq

0

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Kamboca Krallığına səfər edəcək. 

Nümayəndə heyətinin tərkibinə deputatlardan Ramin Məmmədov, Elnur Allahverdiyev və digər rəsmi şəxslər daxildirlər.

Rəsmi səfər çərçivəsində nümayəndə heyəti Kamboca Krallığının parlamentində olacaq. Burada keçirilən görüşlərdə parlamentlərarası və ikitərəfli əlaqələrin bugünu, gələcək perspektivləri barədə fikir mübadiləsi aparılacaq.  

Səfər zamanı nümayəndə heyətimiz ölkənin paytaxtı Pnompendə keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Parlamentlərarası Assosiasiyanın (AİPA) Baş Assambleyasının 43-cü iclasında iştirak edəcək. 

 Milli Məclisin sədri Assambleyada müzakirəyə çıxarılan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək, tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Milli Məclisin Mətbuat və 

ictimaiyyətlə əlaqələr şöbəsi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir