Milli Məclisin sədri Sahibə QafarovaMalayziyaya işgüzar səfərə gəlib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 16-da Malayziyanın Kuala Lumpur şəhərinə səfərə gəlib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Kuala Lumpur beynəlxalq hava limanında nümayəndə heyətini Senatın vitse-prezidenti Datuk Nur Jazlan bin Tan Sri Mohamed, Senatın katibi Muhd Sujairi bin Abdullah, Nümayəndələr Palatasının katibi Nizam Maydin bin Baça Maydin, Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə Milli Məclisin sədri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının sessiyasında iştirak edəcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI