Milli Məclisin sədri Sahibə QafarovaFələstin Dövlətinin ölkəmizdəki səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 3-də Fələstin Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb.
Görüşdə spiker Sahibə Qafarova səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb.
Söhbət zamanı xalqlarımız arasında ortaq dəyərlər əsasında qurulmuş dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu qeyd edilib. Ötən dövr ərzində iki ölkə arasında əlaqələrin əhəmiyyəti, beynəlxalq çərçivədə qarşılıqlı dəstəyin önəmi vurğulanıb.


⤵️
Arzu Paşaqızı