Milli Məclisin sədri Sahibə QafarovaAlbaniya Parlamentinin sədri Elisa Spiropali ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Albaniya Parlamentinin sədri Elisa Spiropali ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonağı salamlayan spiker Sahibə Qafarova Parlament Görüşündə iştirakına və maraqlı çıxışına görə Albaniya Parlamentinin sədrinə təşəkkürünü bildirib.
Elisa Spiropali həm COP29, həm də Parlament Görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdıraraq, qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası kifayət qədər vacib və böyük tədbirdir. O, Azərbaycanın bu qlobal tədbirə uğurla evsahibliyi etdiyini qeyd edib. Qonağın fikrincə, Parlament Görüşünün keçirilməsi Milli Məclisin iqlim dəyişiklikləri ilə bağlı olan məsələlərin həllinə dəstəyinin ifadəsidir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI