Milli Məclisin sədri Sahibə Qafarova Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşüb
Mayın 8-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“turaninsesi.az” xəbər verir ki, qonağı və onun başçılıq etdiyi nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova bu səfərin ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, əsası ötən əsrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının dahi oğlu Ho Şi Min tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra uğurla davam edir. Bu əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rol oynadığını deyən spiker Sahibə Qafarova dövlət başçılarımızın qarşılıqlı səfərlərinin bu münasibətlərin dinamikasını müəyyənləşdirdiyini diqqətə çatdırıb.













⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI