Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib

Aprelin 24-də Milli Məclisin sədri, 102 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Videoqəbulda spiker Şəmkir şəhərindən, həmçinin rayonun Düzqışlaq, Təzəkənd və Mahmudlu kəndlərindən olan seçicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Müraciətlərdə əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə istiqamətləndirilib. Digər bir qisim müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib, vətəndaşlara ətraflı izahat verilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI