Milli Məclisin sədri Sahibə Qafarova Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Çinə işgüzar səfəri çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə görüşüb.
Azərbaycan parlamentinin spikerini səmimiyyətlə salamlayan Cao Lıci səfərə və Asiya naminə Boao Forumunda iştirakına görə Sahibə Qafarovaya təşəkkür edib. O, qeyd edib ki, Milli Məclis sədrinin bu Forumda iştirak məqsədilə Çinə səfəri Azərbaycanın ikitərəfli əlaqələrə verdiyi əhəmiyyətin və Foruma dəstəyinin göstəricisidir.
Ölkələrimiz arasında dərin tarixi köklərə əsaslanaraq, möhkəm təməl üzərində qurulan və xalqlarımızın fundamental maraqlarına cavab verən dostluq əlaqələrinin inkişafından məmnunluğunu bildirən Daimi Komitənin sədri Cao Lıci Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasından keçən 34 ildə münasibətlərimizin qarşılıqlı hörmət və dəstəklə müşayiət olunduğunu diqqətə çatdırıb.




Arzu Paşaqızı