Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 29-da ölkəmizdə səfərdə olan Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin Altunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri qonağı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Türkiyə arasında münasibətlərin əsasında xalqlarımızın ortaq tarixi, dili, dini, milli-mənəvi dəyərlərinin dayandığı, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutan ölkələrimizin daim bir-birinin yanında olduğu bildirilib. Qeyd olunub ki, bu gün dövlət başçılarımızın qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin nəticəsidir ki, dövlətlərarası münasibətlər müttəfiqlik səviyyəsinə çatıb.



Arzu Paşaqızı