Milli Məclisin sədri Sahibə Qafarova Tonqa Krallığının Qanunvericilik Məclisinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Tonqa Krallığının Qanunvericilik Məclisinin sədri Lord Fkafanua Fatafehi ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Noyabrın 16-17-də COP29 çərçivəsində Milli Məclisin və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan qonağı salamlayan spiker Sahibə Qafarova tədbirin əhəmiyyəti barədə fikirlərini çatdırıb.
Görüşdə iqlim dəyişikliyinin yaratdığı problemlərin bütün dövlətlərə mənfi təsirlərinin olduğu qeyd edilərək, bu istiqamətdə qlobal əməkdaşlığın vacibliyi vurğulanıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI