Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 16-da COP29 çərçivəsində Bakıda Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonağı salamlayan spiker Sahibə Qafarova ölkəmizin evsahibliyi ilə keçirilən bu mühüm tədbirdə iştirakına görə qonağa təşəkkürünü bildirib.
Görüşdə iqlim dəyişikliyi ilə əlaqədar dünyanın üzləşdiyi problemlərin həlli üçün qlobal əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, Azərbaycan və Tacikistan tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə parlamentlərin mühüm rolu qeyd edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI