Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın ölkəmizdəki səfirini qəbul edib
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 24-də Slovakiya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov ilə görüşüb.
Spiker Sahibə Qafarova bu vəzifədə fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, xüsusilə Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin əlaqələrimizi keyfiyyətcə yeni mərhələyə qaldırdığı qeyd edilib.




Arzu Paşaqızı