Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Sentyabrın 24-də ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin başçılıq etdiyi parlament nümayəndə heyəti Milli Məclisə gəlib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Ana Brnabiç burada Xatirə kitabını imzalayıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç arasında geniş tərkibdə görüş olub.
Qonağı salamlayan Milli Məclisin sədri Sahibə Qafarova dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu qeyd edib. Spiker bu kontekstdə Prezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin qarşılıqlı səfərlərinin, görüşlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin önəmini diqqətə çatdırıb.








⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI