Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburq şəhəri qubernatorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

0

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin mehriban qonşuluğa və qarşılıqlı anlaşmaya əsaslandığı, əlaqələrimizin bir çox sahələri əhatə etdiyi qeyd olunub. Bu səfərin də ölkələrimiz arasında əlaqələrin bir göstəricisi olduğu bildirilib. Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının şəxsi münasibətlərinin rolu xüsusi vurğulanıb.
Milli Məclisin sədri xalqlarımız arasında əsrlər boyu davam edən tarixi əlaqələrin mövcud olduğunu, bu münasibətlərin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Spiker Sahibə Qafarova Rusiyada baş vermiş terror hadisəsi ilə əlaqədar başsağlığı verib.
Görüşdə, həmçinin ikitərəfli əlaqələrin inkişafında parlamentlərin mühüm rolu vurğulanıb. Qeyd olunub ki, Milli Məclis həm Federasiya Şurası, həm də Dövlət Duması ilə sıx əməkdaşlıq edir. Qarşılıqlı səfərlər, tərəflər arasında müsbət dialoq bu əlaqələrin daha da inkişafına töhfə verir. Dostluq qruplarının qarşılıqlı fəaliyyətinin münasibətlərimizin dərinləşməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir