Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova COP29 çərçivəsində Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Görüşdə ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlıq məsələləri, həmçinin COP29 çərçivəsində aparılan müzakirələr barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarova iqlim dəyişikliyi ilə bağlı məsələlərin bütün dövlətləri narahat etdiyini qeyd edərək, Azərbaycanın COP29-a uğurla sədrlik və evsahibliyi etdiyi xatırladaraq, bu mühüm qlobal tədbirdə bütün maraqlı tərəflərin iştirakı ilə məhsuldar müzakirələrin təşkil olunduğunu, artıq bəzi mühüm nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. O, Rusiya tərəfinin həm COP29, həm də Parlament Görüşündə iştirakına görə təşəkkürünü bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI