Milli Məclisin sədri Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 6-da Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan ilə görüşüb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Qonağı Bakıda salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova, Dünya dini liderlərinin qlobal Bakı Sammitinin çox aktual məsələlərin müzakirə edildiyi mühüm bir platforma olduğunu söyləyib.
O, Qlobal Tolerantlıq və Sülh Şurasının dünyada sülh və tolerantlığı təşviq etdiyini, Azərbaycan xalqının da eyni dəyərləri bölüşdüyünü bildirib. Spiker diqqətə çatdırıb ki, Azərbaycanda multikulturalizmin, tolerantlığın və dinlərarası dialoqun təşviqi həmişə xalqımızın həyat tərzi və dövlət siyasəti olub. Milli Məclisin sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda, bütün dünyada tolerantlıq, multikulturalizm, qarşılqlı anlaşma kimi humanist dəyərləri təbliğ edir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir