Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib

İyulun 29-da Milli Məclisin sədri Sahibə Qafarova Cenevrəyə işgüzar səfəri çərçivəsində Parlament Sədrlərinin VI Dünya Konfransında iştirak edib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Tədbirdə çıxış edən Milli Məclisin sədri, bu konfransın parlament sədrlərinin təsirli və uğurlu dialoq platformasına çevrildiyini və parlamentlərarası əməkdaşlıq üçün gələcək gündəliyin müəyyən olunmasına kömək etdiyini bildirib.
Spiker Sahibə Qafarova təəssüflə qeyd edib ki, son konfransdan bəri dünya bir sıra mənfi dəyişikliklərə məruz qalıb. Əvvəlki konfransda əsas diqqət COVID-19 və onunla necə mübarizə aparılması məsələlərinə yönəlmişdisə, bu gün qlobal problemlərin sayı, mürəkkəbliyi daha da artıb və onlar təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməsini tələb edirlər. Sahibə Qafarovanın sözlərinə görə, bir çox hallarda əlaqələndirilmiş cavabların olmaması bu problemlərin daha da pisləşməsinə səbəb olur. Nəticədə bugünkü dünya daha da parçalanıb, gərginliklər daha da artıb, tərəqqi isə daha da azalıb. Bu narahatedici reallığın kökündə çoxtərəfliliyin əsasını təşkil edən səmərəli beynəlxalq əməkdaşlığın və həmrəyliyin aşınması dayanır. Biz yalnız kollektiv fəaliyyət və birgə məsuliyyət yolu ilə qlobal təhlükələrin öhdəsindən gələ biləcəyimiz anlayışından uzaqlaşırıq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI