Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransı çərçivəsində keçirilən panel müzakirəsində çıxış edib

İyulun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransı çərçivəsində – “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq: Beynəlxalq əməkdaşlıq üçün hansı yeni imkanlar mövcuddur?” mövzusunda keçirilən panel müzakirəsində çıxış edib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Parlamentin spikeri çıxışında deyib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi ilə bağlı ciddi narahatlıqlar hələ də qalmaqdadır. Keçmiş təcrübələr göstərir ki, həm milli, həm də beynəlxalq səviyyədə hərtərəfli yanaşma zəruridir.
Qeyd olunub ki, Azərbaycan Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə böyük əhəmiyyət verir və onun icrası istiqamətində mühüm irəliləyişlər əldə edib. Artıq BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna dörd Könüllü Milli Hesabat təqdim olunub. Hökumətimiz 50-dən çox dövlət proqramını, milli inkişaf planlarını və strategiyalarını Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırıb.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI