Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının səfiri ilə görüşüb

0

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 31-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddinlə görüşüb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Qonağı səmimi salamlayan parlamentin spikeri, dövlətlərarası münasibətlərin dinamik inkişafından məmnunluğunu ifadə edib, Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrindən danışıb. Sahibə Qafarova bildirib ki, bu gün ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın səviyyəsi əlaqələrimizin inkişafına geniş imkanlar yaradır.
Milli Məclisin sədri Pakistana və onun parlamentinə həm Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə, həm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması zamanı ölkəmizə beynəlxalq arenada verdiyi daimi dəstəyə görə təşəkkürünü bildirib. O, Azərbaycanın da həmişə Pakistanın yanında olduğunu və Kəşmir probleminin BMT-nin qəbul etdiyi qətnamələr əsasında həll edilməsini dəstəklədiyini bir daha diqqətə çatdırıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir