Milli Məclisin sədri Sahibə Qafarova Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 18-də “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları ilə görüşüb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan paytaxtının hazırda həm simpozium, həm də regionda parlamentlərarası əməkdaşlığın mühüm mexanizmi olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Assambleyasına uğurla ev sahibliyi etdiyini bildirərək, deyib ki, belə tədbirləri təşkil etmək, beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlərin müzakirəsi üçün platformanın təmin edilməsi Azərbaycanın baxışını, dialoqa və əməkdaşlığa sadiqliyini əks etdirir. Vurğulanıb ki, bu, ciddi problemlərlə üzləşən dünyada yalnız birgə səylər və koordinasiya ilə ümumi məqsədlərə və mühüm nəticələrə nail ola biləcəyimizə inamın təzahürüdür.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI