Milli Məclisin sədri Sahibə Qafarova Omana səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 28-də Oman Sultanlığına rəsmi səfərə gəlib.
Məsqət Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Oman Sultanlığı Şura Məclisinin Azərbaycanla parlament dostluq qrupunun üzvü Məhəmməd bin Salim Əs-Süleymani, Şura Məclisinin üzvləri, Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar.




Arzu Paşaqızı