Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığının xarici işlər naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşüb.


Görüşdə xarici işlər naziri Bədr əl-Busaidi parlamentlər arasında münasibətlərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrə müsbət təsirini qeyd edərək, bu mənada Milli Məclis sədrinin səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
O, ölkələrimiz arasında siyasi, iqtisadi, turizm və biznes sahələrində əməkdaşlıq istiqamətində böyük potensialın mövcud olduğunu bildirib. Bu sahələr üzrə əlaqələrin daha da genişlənməsinə parlamentlərin mühüm töhfə verə biləcəyini söyləyib.

Arzu Paşaqızı