Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığı Şura Məclisinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində yanvarın 29-da bu ölkənin Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb.


Şura Məclisinin sədri Milli Məclisin sədrini salamlayaraq, dəvəti qəbul edib Oman Sultanlığına səfər etdiyinə görə spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib. Oman və Azərbaycan arasında siyasi və digər əlaqələrin yaxşı səviyyədə olmasından məmnunluğunu ifadə edən Şura Məclisinin sədri qarşılıqlı münasibətlərin inkişafında parlamentlərin xüsusi rolunu qeyd edib. Diqqətə çatdırılıb ki, Milli Məclis sədrinin bu səfəri qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.
Şura Məclisinin sədri bildirib ki, xalqlarımızın yaxınlığı da ölkələrarası münasibətlərimizi daha da inkişaf etdirməyə əsas verir.

Arzu Paşaqızı