Milli Məclisin sədri Sahibə Qafarova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri ilə görüşüb

Noyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Parlamentin spikeri qonaqları səmimi salamlayaraq, Nizami Gəncəvi Mərkəzinin zəngin təcrübə və biliklərə malik görkəmli şəxsləri bir araya gətirən uğurlu işini və Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzin fəaliyyətinə verdiyi yüksək qiyməti vurğulayıb. Spiker Sahibə Qafarova, Mərkəzin qlobal məsələlərin müzakirəsi və problemlərin həlli üçün mühüm platforma olduğunu, indiyədək keçirilmiş Qlobal Bakı Forumlarının əhəmiyyətini və iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsini xüsusi qeyd edib.
Söhbətdə, Azərbaycanın ötən ilin dekabrında yekdilliklə COP29-un ev sahibi kimi seçildiyini vurğulayan spiker, bunun ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədəki səylərinin tanınması və dünya ictimaiyyətinin Azərbaycanın icmaları və ölkələri birləşdirən körpü qurma qabiliyyətinə olan etimadının göstəricisi olduğunu qeyd edib. Cəmi 11 ay hazırlıq müddəti olmasına baxmayaraq, COP29 Azərbaycan sədrliyinin bütün maraqlı tərəfləri cəlb etmək və onların ehtiyaclarını dəyərləndirmək istiqamətində böyük işlər gördüyü bildirilib. Bununla yanaşı, diqqətə çatdırılıb ki, hazırlıq prosesində ölkəmiz qərəzli ittihamlar, ikili standartlar və dezinformasiya kampaniyaları ilə üzləşib, lakin bütün bu maneələrə baxmayaraq, COP29 uğurla öz işinə başlayıb və bütün maraqlı tərəflərin iştirakı ilə işini davam etdirir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI