Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədri Andrija Mandiç ilə görüşüb

0

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfəri çərçivəsində bu ölkə Parlamentinin sədri Andrija Mandiç ilə görüşüb.
Əvvəlcə, tərəflər arasında təkbətək görüş keçirilib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Görüşdən sonra Sahibə Qafarova xatirə kitabını imzalayıb.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş davam edib.
Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Andrija Mandiç bu səfərin ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə ölkələrimizin dost və etibarlı tərəfdaş olduqları, bir çox məsələlərdə ortaq dəyərləri və fikirləri bölüşdükləri qeyd edilib.
Andrija Mandiç ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə ötən il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 15 illiyinin qeyd olunduğu vurğulanıb. Bildirilib ki, bu illər ərzində bir sıra sahələrdə münasibətlərimiz müsbət inkişaf yolu keçib.
Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edərək, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolunu qeyd edib.
Görüşdə ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunaraq, vurğulanıb ki, bu istiqamətdə də əlaqələri daha da dərinləşdirmək baxımından qarşılıqlı səfərlər və dialoqu davam etdirmək çox vacibdir.
Bu səfərin Milli Məclisin sədri kimi Monteneqroya ilk rəsmi səfəri olduğunu bildirən Sahibə Qafarova bu ölkə parlamentinin rəhbərləri ilə baş tutmuş görüşlərini məmnunluqla xatırlayıb.
Söhbət zamanı dostluq qruplarının birgə fəaliyyətinin önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, dostluq qrupları müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynayır. Tərəflər parlament komitələri arasında da əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.
Spiker Sahibə Qafarova görüşdə regionda mövcud olan vəziyyət barədə də geniş məlumat verib. O, Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad edərək, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini xatırladaraq, deyib ki, hazırda Azərbaycanın təşəbbüsü ilə ölkəmizin irəli sürdüyü 5 prinsip əsasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur.
Spiker Sahibə Qafarova, hazırda sülh sazişi üzrə danışıqlar haqqında məlumat verərək, Emənistanla Azərbaycanın bu gün sülhə yaxın olduqlarını bildirib. O, Ermənistanın işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılmasına razılıq verməsinin bu iki ölkənin heç bir vasitəçilik və kənar müdaxilə olmadan birbaşa danışıqlar yolu ilə müsbət nəticə əldə edə biləcəyinin göstəricisi olduğunu diqqətə çatdırıb.
Milli Məclisin sədri təəssüflə bəzi dövlətlərin, ilk növbədə Fransanın regionumuzda gərginliyi artırmaq üçün addımlar atdığını bildirib. Spiker diqqətə çatdırıb ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlarda Azərbaycanın yeni müharibəyə hazırlaşması yönündə uydurma, həqiqətdən uzaq iddialarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, antiazərbaycan siyasəti həyata keçirir. Onun sözlərinə görə, Fransa həmçinin Ermənistanı da silahlandırır ki, bu da sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşmadır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir