Milli Məclisin sədri Sahibə Qafarova Moldova Baş nazirinin müavini Mixay Popşoi ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova martın 6-da Moldova Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə görüşüb.
Görüşdə bildirilib ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələr müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar yaradır. Tərəflər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd ediblər. Ölkələrimizin beynəlxalq təşkilatlarda da qarşılıqlı dəstək nümayiş etdirməsindən məmnunluq ifadə edilib.

Arzu Paşaqızı