Milli Məclisin sədri Sahibə Qafarova Misirin ölkəmizdəki səfiri ilə görüşü

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 17-də Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda ilə görüşüb.


Spiker Sahibə Qafarova səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ölkələrimiz arasında dostluq münasibətlərinin hazırki səviyyəsindən razılıq ifadə olunaraq, əlaqələrin inkişafında dövlət başçılarının rolu və dəstəyi xüsusi qeyd edilib.

Arzu Paşaqızı