Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikası Senatının sədriAbdel Vahab Abdel Razeq ilə görüşüb

Mayın 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Əvvəlcə Misir Ərəb Respublikası Senatının sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.
Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar.


Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq Xatirə kitabını imzalayıb.
Görüşdə spiker Sahibə Qafarova, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və səmimi dostluq üzərində qurulduğunu qeyd edib. Parlament sədri, qonağın ölkəmizə budəfəki səfərinin ikinci olduğunu xatırladaraq, bu səfərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi və genişlənməsinə, həmçinin parlamentlərarası münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI