Milli Məclisin sədri Sahibə Qafarova Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Macarıstan Milli Assambleyasının sədr müavini Sandor Lezsakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşdə Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğu qeyd olunaraq, ölkələrimizin siyasi, iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq etdikləri diqqətə çatdırılıb. Yüksək səviyyəli, o cümlədən dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin daha da genişlənməsində vacib rolu xüsusi vurğulanıb.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI