Milli Məclisin sədri Sahibə Qafarova Liviya Dövlətinin Azərbaycandakı səfirini qəbul edib
Milli Məclisin sədri Sahibə Qafarova Liviya Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Ali Salem Nasiri qəbul edib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşdə ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərindən danışılıb, siyasi münasibətlərin yaxşı səviyyədə olduğu qeyd olunub. Vurğulanıb ki, ikitərəfli əlaqələrin digər sahələrdə də inkişafı üçün geniş imkanlar mövcuddur.
Söhbət zamanı bildirilib ki, Azərbaycan və Liviya beynəlxalq təşkilatlar çərçivəsində də bütün məsələlərlə bağlı qarşılıqlı dəstək nümayiş etdirirlər. Həm işğal dövründə, həm də işğaldan sonra Liviya daim ölkəmizin ərazi bütövlüyünə dəstək verib.
Söhbət zamanı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlığın yüksək səviyyəsindən razılıq ifadə olunub. Liviya tərəfinin Qoşulmama Hərəkatı çərçivəsində keçirilən görüşlərdə yüksək səviyyədə təmsil olunması məmnunluqla qeyd olunub.
Görüşdə parlamentlərimiz arasında da əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bu istiqamətdə də əlaqələrin dərinləşdirilməsi üçün imkanların mövcud olduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm mexanizmlərdən biri də Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsidir. Spiker Sahibə Qafarova Parlament Şəbəkəsinin fəaliyyəti haqqında diplomata məlumat verib. Bildirilib ki, Liviya parlamenti şəbəkənin tədbirlərində iştirak edir. Qeyd olunub ki, Liviya Nümayəndələr Palatası sədrinin 1-ci müavini Fouzi Salim Şəbəkənin Bakı Konfransında iştirak edib və bu tədbirdə Afrika Qrupundan Parlament Şəbəkəsi sədrinin müavini seçilib.
Görüşdə Ali Salem Naser 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. O, səfir kimi fəaliyyəti dövründə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib. Diplomat, Azərbaycanın həm Qoşulmama Hərəkatına sədrliyi dövründə, həm də digər mühüm beynəlxalq təşkilatlarda fəaliyyəti çərçivəsində həyata keçirdiyi mühüm tədbirlərin əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI