Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya işgüzar səfəri çərçivəsində sentyabrın 17-də Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb.
Görüşdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) beynəlxalq parlament platforması kimi fəliyyəti, bu təşkilat çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı Azərbaycan və Kambocanın dost ölkələr olduğu qeyd edilib.
Milli Məclisin sədri Sahibə Qafarova parlament diplomatiyasının, bu çərçivədə parlamentlərimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib. O, özünün Kambocaya rəsmi səfərini və burada keçirdiyi görüşlərini xatırladaraq, Milli Məclislə Kamboca Nümayəndələr Palatası arasında imzalanmış Anlaşma Memorandumunun önəmini qeyd edib.



⤵️
Arzu Paşaqızı