Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Respublikasına rəsmi səfərə gəlib
Yanvarın 21-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfərə gəlib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Roma şəhərinin “Ciampino” aeroportunda nümayəndə heyətini İtaliya Deputatlar Palatası Xarici əlaqələr komissiyasının üzvü Naike Qruppioni, Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI