Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Milli Məclisin sədrini salamlayan Deputatlar Konqresinin sədri Fransina Armenqol bu səfərin parlamentlərimiz və ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib. O, COP29-un ölkəmizdə yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə təşəkkürünü bildirib və diqqətə çatdırıb ki, mühüm qərarların qəbul edildiyi həmin konfransda İspaniya Krallığı Hökumətinin sədri də iştirak etmişdi.







⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI