Milli Məclisin sədri Sahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb

Oktyabrın 22-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.


Görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən və qarşılıqlı faydalı əməkdaşlıqdan söz açan parlamentin spikeri, dövlətlərarası münasibətlərin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin, eləcə də imzalanan sənədlərin mühüm rol oynadığını deyib. O, həmçinin, özünün üç il öncə Estoniyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşləri məmnunluqla xatırladıb.
Söhbət zamanı, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib.

Arzu Paşaqızı