Milli Məclisin sədri Sahibə Qafarova Ərəb Parlamentinin prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova fevral 11-də ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi ilə görüşüb.
Görüşdə Ərəb Parlamentinin prezidentinin ölkəmizə ilk rəsmi səfəri yüksək qiymətləndirilib, bu səfərin iki qurum arasında münasibətlərin daha da inkişafına, əməkdaşlıq imkanlarının genişlənməsinə və əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcəyinə dair əminlik ifadə olunub. Sahibə Qafarova qonaqla müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirilmiş görüşləri, o cümlədən ötən ilin noyabrında Qahirədə baş tutmuş ikitərəfli görüşü və bu ilin yanvarında Əbu-Dabidə Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında birgə iştiraklarını məmnunluqla xatırladıb.










Arzu Paşaqızı