Sahibə Qafarova Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini ilə görüşüb

Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Su Huinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Görüşdə spiker Sahibə Qafarova Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıb.
Spiker bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dərinləşməsində və inkişafında dövlət başçıları arasında yüksək səviyyədə həyata keçirilən görüşlərin və imzalanmış sənədlərin mühüm rolu var. Qeyd edilib ki, Prezident İlham Əliyevin Çinə son dövlət səfəri ikitərəfli münasibətlərin dərinləşməsində tarixi mərhələni təşkil edir.
Qeyd edilib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir və daim qarşılıqlı dəstək nümayiş etdirirlər. Azərbaycan hər zaman birmənalı olaraq “Vahid Çin” siyasətini və Çinin ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan da Çinin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini yüksək qiymətləndirir və ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin maraqlarını müdafiə edirlər.

⤵️

Arzu Paşaqızı