Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Qadın Parlament Sədrlərinin 15-ci Samitində çıxış edib

İyulun 28-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Qadın Parlament Sədrlərinin 15-ci Samiti keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

29 ölkənin qadın spikerləri, bir sıra beynəlxalq təşkilatların qadın rəhbərləri daxili olmaqla, ümumilikdə 350-yə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Sammitin əhəmiyyətini qeyd edərək, hazırda dünyanın bir sıra münaqişələr, müharibələr və humanitar böhranlarla üz-üzə qaldığı şəraitdə qadınların xüsusilə həssas vəziyyətdə olduqlarını söyləyib. Onun sözlərinə görə, bir çox yerlərdə qadınlar zorakılıqdan, köçkünlükdən, sosial təminat vasitələrini, təhsil, səhiyyə və müdafiə imkanlarını itirməkdən əziyyət çəkirlər. Həmçinin, münaqişələr illər keçdikcə mövcud gender bərabərsizliyini daha da dərinləşdirir, qadın hüquqları sahəsində əldə olunan nailiyyətlərin üstündən xətt çəkir. Qadınların təkcə fiziki təhlükəsizliyini deyil, həm də ictimai-siyasi həyatın tamhüquqlu iştirakçıları kimi öz potensiallarını reallaşdırmaq imkanlarını da itirdikləri qeyd olunub.
Azərbaycanda qadınların bu acı həqiqəti yaxşı bildiklərini qeyd edən Milli Məclisin sədri xatırladıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı, təkcə bu ərazilərin tamamilə məhv edilməsi ilə deyil, həm də etnik təmizləmə, əhalinin məcburi köçü və humanitar böhranla nəticələndi, təxminən 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Spikerin sözlərinə görə, onların 52 faizini qızlar və qadınlar təşkil edib. Bu qadınlar evlərini, ailələrini və təhlükəsizliklərini itirdilər.

MilliMeclis

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI