Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasında G20 Parlament Sədrlərinin 11-ci Sammitində çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına işgüzar səfəri çərçivəsində “Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammitində (P20) “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusu üzrə çıxış edib.

Bu barədə “turaninsesi.az” – a Milli Məclisin mətbuat xidmətindən məlumat daxil olub.

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasında G20 Parlament Sədrlərinin 11-ci Sammitində çıxış edib Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına işgüzar səfəri çərçivəsində “Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammitində (P20) “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusu üzrə çıxış edib.Çıxışında bu gün dünyada iqlim dəyişikliyinin daha da kəskinləşdiyini və onun təsirlərinin hər gün daha çox hiss olunduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, heç bir ölkə iqlim dəyişikliyinin nəticələrindən sığortalanmayıb. Onun sözlərinə görə, təbii fəlakətlər hər bir ölkəyə və regiona zərbə vurur. Ona görə də bu məsələ bütün səviyyələrdə təcili tədbirlər tələb edən qlobal əhəmiyyətli bir mövzuya çevrilib. Spiker deyib ki, bu isə, öz növbəsində, beynəlxalq çərçivə və öhdəliklərin müəyyənləşdirilməsini, onların konkret milli fəaliyyətlərə və planlara çevrilməsini, eyni zamanda, həyata keçirilməsində qlobal əməkdaşlığın və kollektiv dəstəyin təmin olunmasını nəzərdə tutur.


Çıxışında bu gün dünyada iqlim dəyişikliyinin daha da kəskinləşdiyini və onun təsirlərinin hər gün daha çox hiss olunduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, heç bir ölkə iqlim dəyişikliyinin nəticələrindən sığortalanmayıb. Onun sözlərinə görə, təbii fəlakətlər hər bir ölkəyə və regiona zərbə vurur. Ona görə də bu məsələ bütün səviyyələrdə təcili tədbirlər tələb edən qlobal əhəmiyyətli bir mövzuya çevrilib. Spiker deyib ki, bu isə, öz növbəsində, beynəlxalq çərçivə və öhdəliklərin müəyyənləşdirilməsini, onların konkret milli fəaliyyətlərə və planlara çevrilməsini, eyni zamanda, həyata keçirilməsində qlobal əməkdaşlığın və kollektiv dəstəyin təmin olunmasını nəzərdə tutur.

Arzu Paşaqızı