Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri ilə görüşüb

Oktyabrın 30-da ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Milli Məclisə gəlib.


Qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Saqr Qobaş burada Xatirə kitabını imzalayıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş arasında təkbətək görüş keçirilib, ardınca nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş davam etdirilib.

Arzu Paşaqızı