Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti iyunun 9-da Belarus Respublikasının Minsk şəhərinə rəsmi səfərə gəlib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Minsk Milli Hava Limanında Milli Məclisin sədrini Belarus parlamenti Respublika Şurasının sədri Natalya Koçanova, Beynəlxalq münasibətlər və milli təhlükəsizlik daimi komissiyasının sədri Sergey Sivets, Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan parlamentinin Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, deputatlar Ağalar Vəliyev, Arzu Nağıyev və digər rəsmi şəxslər daxildirlər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI