Milli Məclisin sədri Sahibə Qafarova Avstriya Respublikasına rəsmi səfərə gəlib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti iyunun 19-da Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə rəsmi səfərə gəlib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Nümayəndə heyətinə Milli Məclisin komitə sədrləri Tahir Mirkişili (Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri), Siyavuş Novruzov, deputatlar  Sahib Alıyev, Azər Kərimli, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Vyana Beynəlxalq hava limanında nümayəndə heyətini Avstriya parlamentinin Protokol İdarəsinin rəisi Eva Russek, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və digər rəsmi şəxslər qarşılayıblar.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir