Milli Məclisin sədri Sahibə Qafarova ATƏT PA-nın vitse-prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 18-də COP29-da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan ATƏT PA-nın vitse-prezidenti və iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Pere Joan Pons ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşdə COP29-un və Parlament Görüşünün uğurla təşkili, bu tədbirlər zamanı aparılan müzakirələrlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bütün ölkələr iqlim dəyişikliyindən təsirlənir və onunla mübarizə bütün tərəflərin ümumi səylərini və cəlbini tələb edir. Tərəflər COP29-un iqlim dəyişikliyi ilə effektiv mübarizə aparmağa imkan verəcək mühüm qərarların əldə edilməsi ilə nəticələnəcəyinə inamlarını ifadə ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI