Milli Məclisin sədri Sahibə Qafarova Astana şəhərində TÜRKPA-nın 14-cü plenar iclasında çıxış edib

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova iyunun 12-də TÜRKPA-nın 14-cü plenar iclasında çıxış edib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
“Türk əsri: parlament diplomatiyasının rolu” mövzusunda təşkil olunan iclasda çıxışı zamanı spiker Sahibə Qafarova türk xalqlarının bəşəriyyətin inkişafına dəyərli töhfələr verdiyini bildirib. Onun sözlərinə görə, yaşadıqları məkanın çox geniş bir coğrafiyanı əhatə etməsinə baxmayaraq, xalqlarımız oxşar inkişaf yolu keçib və heç vaxt bir-biri ilə əlaqələrini itirməyiblər. Qardaş xalqlarımızın yaradıcılıq enerjisindən və zəkasından güc alıb yüksələn çoxsaylı qüdrətli dövlətlər dünya tarixində dərin izlər qoyub, zaman boyu Avrasiyanın geosiyasi və mədəni simasının formalaşmasında önəmli rol oynayıblar. Müasir dövrdə isə siyasi cəhətdən müstəqil, iqtisadi cəhətdən dayanıqlı inkişaf edən dövlətlərimizin fəaliyyəti türk xalqlarının yaxınlaşması, birgə inkişafı və qarşılıqlı əlaqəsi üçün imkanlar yaratmışdır.


⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI